Tiflisdə Axundov, Vazeh və Xoyskinin məzarı

Mayın 28-də (2015), Respublika günündə, Tiflisdə azərbaycanlı qrup yoldaşlarımızla birlikdə Fətəli Xan Xoyskinin məzarını ziyarət edəndə yolu tapmaqda xeyli çətinlik çəkmişdik, çünki yolda məzarlığın tapmağa kömək edən heç bir işarə yoxdur, bu da ilk dəfə gələn üçün böyük çətinlik deməkdir. Adıçəkilən yerin azərbaycanlılar üçün maraqlı olduğunu nəzərə alıb bu haqda yazmaq qərarına gəldim.

Qeyd edim ki, M.F. Axundov, M.Ş.Vazeh, ADR parlamentinin sədr müavini olmuş H. Ağayevin də məzarı eyni yerdədir.

Axundov mezarligi_tiflisAzərbaycan Demokratik Respublikasının (ADR) ilk baş naziri olmuşF.X. Xoyskinin məzarı Tiflisdə, Botanika bağında yerləşir. Botanika bağının girişi Botanikuri küçəsi 1 -dədir. Məşhur Şarden küçəsindən keçib, qədim hamamların olduğu yerə gəlirsiniz, oradan yuxarı – dağa doğru çıxan yolda məscid görəcəksiniz. Həmin məscidə doğru düz gedirsiniz, bağa giriş bu yolun sonundadır. Botanika bağına giriş pulludur – 1 lari, bu Azərbaycan pulu ilə 50 qəpikdir. Bağa girən kimi iki yol görəcəksiniz, biri aşağı, biri isə körpünün üstü ilə dağa doğru gedir. Körpünü keçib dağa tərəf gedəcəksiniz, bir azdan bir bina görəcəksiniz ki, oradan da yol iki yerə ayrılır. Biri yenə aşağı, digəri isə təkrar yuxarı gedir. İkinci yolu davam edəcəksiniz. Yolun kənarında mavi, taxta hasarlar var. Yol boyu məzarlığı göstərən heç bir işarə yoxdur. Uzun piyada bir yol gedəcəksiniz, amma əvəzində Botanika bağını kəşf edə və Tiflisin yuxarıdan necə gözəl göründüyünü biləcəksiniz. Həmin o göy hasarlı, daş yolla üzü yuxarı dağa tərəf qalxaraq Xoyskinin məzarına gələcəksiniz. 

Biz gedəndə onun məzarında əklil və güllər vardı. Əklili güman ki, səfirlik qoyub deyə, düşündük.

Axundov mezarligi 2

Axundov, Vazeh, Xoyski – “bir yerdə”

Mirzə Fətəli AxundovMirzə Şəfi Vazehin məzarları da eyni yerdədir. “Facebook”da bəzi dostlar Axundovun məzarından foto paylaşanda bunu heç vaxt qeyd etmirdilər deyə, “hamısını bir yerdə” görəndə təəccübləndik. Biz belə başa düşdük ki, bura Axundovların ailəvi məzarlığı olub, çünki Axundovun oğlu, həyat yoldaşı, həyat yoldaşının bacısının və s. məzarları da burada idi. Bundan başqa ADR parlamentinin sədr müavini olmuş Həsən bəy Ağayevin məzarı da buradadır. Tiflisin Botanika bağını isə yalnız görmək lazımdır, yaşıllıqlarla dolu, müxtəlif ağac, kol və güllərin olduğu çox gözəl bir yerdir. Bura Tiflisə gələndə mütləq getməli olduğunuz yerlərdəndir.

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s